Putin Ərdoğana zəng edəcək? – Kreml açıqladı

Putin Ərdoğana zəng edəcək? – Kreml açıqladı

Rusiya prezidentinin qrafikinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının olması barədə heç nə daxil edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov R.T.Ərdoğanın dəvətindən sonra liderlər arasında danışığının olub-olmayacağı barədə suala cavab verərkən deyib.

“Hazırkı məlumata görə, telefon danışığı ilə bağlı qrafik yoxdur. Ancaq zərurət yaranacağı halda bu danışıq mümkündür”, - Peskov bildirib.

 

Mənbə: axar.az