Lavrovla Blinkenin görüşündə maraqlı anlar - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, görüşün əvvəlində tərəflər arasında kiçik anlaşılmazlıq yaşanıb. Belə ki, Lavrov Blinkenlə dirsəklə görüşmək niyyətində olsa da, qarşı tərəf ona əlini uzadıb.

Rusiyanın XİN rəhbəri bu vəziyyəti gülüşlə qarşılasa da, Blinkenin narazılığı üzünə yansıyıb.

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Neftçalada itkin düşən məktəbli tapılıb

SONRAKI XƏBƏR

Hərbi prokuror: "İtkin düşən 6 hərbçinin axtarışları davam etdirilir"