"Rusiya və Belarusu məğlub etmək mümkün deyil" - Lukaşenkodan Qərbə çağırış

"Rusiya və Belarusu məğlub etmək mümkün deyil" -  Lukaşenkodan Qərbə çağırış

Belarus prezidenti Aleksandr Lukaşenko Qərbə mesaj göndərib. AzVision.az xəbər verir ki, o, Qərb dövlətlərini ittifaq ölkələrinə (Rusiya və Belarus-red.) qarşı çıxmamağa çağırıb. Prezident buna səbəb kimi ittifaqı məğlub etməyin mümkünsüz olmasının göstərib. Belarus liderinin fikrincə, nə Rusiya və Belarusun hərbi gücü, nə də onların vətəndaşlarının ruhu Qərbə qalib gəlməyə imkan verməyəcək. O qeyd edib ki, nəinki Moskva, heç Minsk də qonşularının “bağ”ına girmir və yalnız öz torpaqlarında quruculuqla məşğuldur.

 "Sülhməramlı əməliyyatını Putinlə 1 saata hazırladıq" - Lukaşenko "İşlərimizə qarışmağa ehtiyac yoxdur. Bizi məğlub etmək mümkün deyil. Biz ruhən elə insanlarıq ki, bizi məğlub etmək mümkün deyil. Elə bu ərazi baxımından da belədir. Brestdən Vladivostoka qədər - çoxları artıq buna cəhd edib. Biz bunu xatırlayırıq. Həmin cəhdlərin necə bitməsi başa düşüləndir. Ona görə də bizi sıxmaq lazım deyil. Heç kimin "bağ"ına girmirik, kifayət qədər torpağımız da var”, – BELTA xəbər agentliyi prezidentin sözlərindən sitat gətirib.

Tural Tağıyev

Mənbə: azvision.az