Sergey Şoyqu britaniyalı həmkarını Moskvaya səfərə dəvət edib

Sergey Şoyqu britaniyalı həmkarını Moskvaya səfərə dəvət edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Vollesi Moskvaya səfərə dəvət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sergey Şoyqu britaniyalı həmkarına qarşılıqlı münasibətlər prinsipi əsasında təhlükəsizliyə dair bütün aktual məsələləri Ben Vollesə istənilən uyğun vaxtda Moskvada müzakirə etməyi təklif edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, “Sky News” telekanalı Böyük Britaniyanın Ukraynaya 30 xüsusi təyinatlı hərbçi göndərdiyinə dair məlumat yayıb.

Mənbə: report.az