KTMT bu ölkəyə girəcək, Sərkisyan buna görə qaçdı

KTMT bu ölkəyə girəcək, Sərkisyan buna görə qaçdı

Ermənistan hökumətinin kuluarlarında KTMT tələb etdiyi təqdirdə, rəsmi İrəvanın Ukraynaya hərbi kontingent göndərə biləcəyi haqqında söhbətlər səngimir.

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Ambarsum Qabanyan bölüşüb.

Onun sözlərinə görə, əgər Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa qərar verərsə, KTMT ölkələri prosesə müdaxilə etməyə məcbur olacaq.

“Bu dəfə məsələ “sülhməramlı contingent”lə bitməyəcək. Bu ölümə gedən “ət parçaları” olacaq. Bunu bilən Ermənistan hökuməti nə edəcəyini bilmir. Siçovullar kimi gizlənməyə çalışırlar. Ölkə prezidenti isə “günahdan” uzaqda qalmaq qərarı verdi. Əgər erməni ictimayəti Sərkisyanın birdən-birə vəzifədən ayrılma səbəbini hələ də anlamırsa, hökumətin özündə hamı hər şey çox yaxşı başa düşür. Onun vəzifəsinə KTMT-nin əmrlərinə rahat tabe olmaqdan qorxmayan şəxs gələcək.

Armen Sərkisyan xalq qəzəbindən qorxur və məhz bu səbəbdən ölkə prezidenti postundan getməyə qərar verib”, - deyə erməni ekspert qeyd edib.

 

Mənbə: axar.az