Ərdoğan-Putin münasibətləri Vaşinqtonu narahat edir

Ərdoğan-Putin münasibətləri Vaşinqtonu narahat edir

F-16-nın satışı ABŞ-Türkiyə münasibətlərini yumşalda bilər, lakin Rusiya ilə gərginlik buna mane olur.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" yazıb.

Nəşr ABŞ Konqresinin üzvlərinin Ərdoğanın Rusiya lideri Vladimir Putinlə yaxınlığından narahat olduqlarını vurğulayıb:

“Ankara rəsmiləri Türkiyənin F-16 almasının iki ölkə arasındakı münasibətləri yaxşılaşdıra biləcəyini bildirib. Amma konqresmenlər Türkiyənin Rusiya ilə artan əlaqələrini tənqid edir”.

Qezet bildirib ki, ABŞ-ın silah ixracına nəzarət qanunları Bayden rəhbərliyinin Konqresə xəbər verməsini tələb edir. Konqres bu təklifi nəzərdən keçirə və ya bloklaya bilər. Bayden rəhbərliyi isə bu təkliflə bağlı Konqresə hələ rəsmi məlumat verməyib.

Mənbə: axar.az