Daha bir ölkə Ukraynaya silah ixracından imtina etdi

Daha bir ölkə Ukraynaya silah ixracından imtina etdi

İsveç Ukraynaya silah ixrac etmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde deyib.

“Bizim silahların ixracı ilə bağlı çox sərt qaydalarımız var. İsveç münaqişədə olan ölkələrə silah ixrac etmir. Amma biz Ukraynanı bir çox cəhətdən dəstəkləyirik. Ukrayna istəsə, biz də AB-nin vəd etdiyi kibertəhlükəsizlik üzrə əməkdaşlığa qatılmağa hazırıq”, - Linde bildirib.

 

Mənbə: axar.az