AŞPA-nın qış sessiyası Strasburqda işə başlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyası Strasburqda işə başlayıb.

”Report” xəbər verir ki, sessiyanın gündəliyində başlıca məsələlər koronavirus pandemiyasına qarşı ictimai səhiyyə vasitəsilə mübarizə tədbirləri, LGBTİ şəxslərinə qarşı nifrət, futbolun idarə olunması, rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi olacaq. Pandemiya ilə bağlı sessiya yanvarın 24-28-də qarışıq formatda keçiriləcək.

Bununla yanaşı, yanvarın 27-də sessiya çərçivəsində Holokost qurbanlarını anma - Beynəlxalq Xatirə Günü ilə bağlı xüsusi tədbir keçiriləcək.

AŞPA-nın sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nazilə Səfərli “Azəriqaz”dan ŞİKAYƏT ETDİ - VİDEO

SONRAKI XƏBƏR

İstanbul hava limanında uçuşlar dayandırılıb