Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət komitəsinin iş planına əsasən, yaz sessiyasında parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Mənbə: azertag.az