Erməni rəsmilərindən Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılmasına təkzib

Erməni rəsmilərindən Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılmasına təkzib

Paralel.az xəbər verir ki, Ermənistan hakimiyyəti 102-ci Rusiya hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbəri absurd hesab edib. Hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bu barədə danışıb.
Deputat Ermənistan və Rusiyanın “strateji müttəfiqlər” olduğunu xatırladıb: “Hazırda Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr vasitəsilə yeni dialoq başlayıb. O bu yaxınlarda başlayıb və buna görə də hadisələrin inkişafı ilə bağlı müvafiq idarələr məlumatlandırılacaq”.
Ovannisyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması çərçivəsində Rusiya hərbi bazasının çıxarılması ilə bağlı mətbuatda dərc olunanların əsaslarını bilmədiyini qeyd edib.
Hakim çoxluqdan olan digər deputat Vaaqn Hovakimyan isə deyib ki, hərbi bazanın yerləşdirilməsi ilə bağlı saziş 2049-cu ilə qədər qüvvədədir: “O, tərəflər və ya tərəflərdən biri tərəfindən istənilən vaxt denonsasiya oluna bilər”.
“Joxovurd” qəzeti isə Gümrüdəki mənbələrə istinadla məlumat verib ki, Türkiyə ilə münasibətlərin normallaşması Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasına səbəb ola bilər.

Nigar

Mənbə: paralel.az