Siam əkizləri Robert Köçəryan və Serj Sarkisyan Armen Sarkisyana görə mübahisə ediblər

Armen Sarkisyanın istefası Ermənistanda yeni reallıqlar yaradır. Yaxın gələcəkdə hakimiyyət tamamilə birqütblü ola bilər. İndi hamı Armen Sarkisyanın Ermənistan Respublikasının prezidenti kürsüsünə necə düşdüyünü müzakirə edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Qəzetin yazdığına görə, həmin vaxt müxtəlif adlar, xüsusən də Vazgen Manukyanın adı hallanırdı, lakin o vaxtkı baş nazir Serj Sarkisyanın xarici dilləri bilən şəxsin seçiləcəyi ilə bağlı bəyanatı onun Armen Sarkisyandan danışdığını açıq şəkildə göstərirdi.


Məhz o zaman Robert Köçəryan üçüncü prezidentlə görüşüb və onu Armen Sarkisyanı hakimiyyətə gətirməməyə çağırıb.

Bu söhbətdən sonra Köçəryanla Serj Sarkisyan arasında onsuz da gərgin olan münasibətlər nəhayət ki, pisləşib.

Qeyd edək ki, bu günlərdə prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində Köçəryanı və Sarkisyanı siam əkizləri adlandırıb.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Rusiya-Ukrayna savaşı BAŞLASA, Zəngəzura hərbi müdaxilə reallaşa bilərmi?

SONRAKI XƏBƏR

Erməni nazir katibəsi ilə evləndi, ölkə qarışdı