Azərbaycanda mülki müdafiə planının hazırlanması ilə bağlı iclas keçirilib

Fövqəladə Hallar Nazirliyində Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

Nazirlikdən "Report"a bildirilib ki, iclas Komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə baş tutub.

İclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb.

İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya-Ukrayna savaşı BAŞLASA, Zəngəzura hərbi müdaxilə reallaşa bilərmi?

SONRAKI XƏBƏR

Erməni nazir katibəsi ilə evləndi, ölkə qarışdı