Nazir: "İran Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir"

Nazir: "İran Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir"

"İran Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir".

"Report" xəbər verir ki, bu fikri İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasimi yanvarın 25-də Prezident İlham Əliyevin videoformatda qəbulunda olan zaman deyib.

"Onüçüncü hökumət, yəni, cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir", - iranlı nazir bildirib.

Mənbə: report.az