Səfir Berlindən Kiyevə silah verilməsini tələb edib

Səfir Berlindən Kiyevə silah verilməsini tələb edib

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik ABŞ və Almaniya hakimiyyətini ölkəsindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarını təxliyə etmək qərarına görə tənqid edib və Berlindən yenidən Kiyevə silah verilməsini tələb edib.

“Paralel.az ” xəbər verir ki, bunu ukraynalı diplomat “Funke” jurnalına müsahibəsində deyib.

“Ukrayna tərəfi Dövlət Departamentinin və Almaniya Xarici İşlər Nazirliyinin qərarlarından təəccüblənir. Biz hesab edirik ki, bu addımlar tələsikdir və Ukrayna ictimaiyyəti arasında lazımsız qeyri-müəyyənliyə səbəb ola bilər”, - səfri bildirib.

Səfir eyni zamanda Almaniya hakimiyyətini Kiyevə silah verməkdən imtina etdiyinə görə tənqid edib.

“Ukrayna hökuməti Almaniyanın ədalətsiz və anlaşılmaz imtinasına qalib gəlməyə və təcili olaraq bizi müdafiə silahları ilə təmin etməyə çağırmaqdan əl çəkməyəcək”, - diplomat bildirib.

Ukraynalı səfir eyni zamanda Almaniya hökumətinin Alyansda əngəl törətdiyi digər NATO ölkələrinin mümkün silah tədarükü məsələsində Berlinin mövqeyini tənqid edərək onun bu hərəkətini "qəribə" adlandırıb.

Almaniya ADR-də istehsal olunan 122 mm-lik D-30 haubitsalarının Estoniya tərəfindən ötürülməsinə mane olub.

Mürtəza

Mənbə: paralel.az