Azərbaycan niyə demarkasiyaya getməlidir?

Azərbaycan niyə demarkasiyaya getməlidir?

Bu gün Azərbaycan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi istisna olmaqla, Azərbaycan SSR-in bütün ərazisi üzərində hərbi-siyasi nəzarəti tam bərpa edib.

Axar.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesilə əlaqədar ona ünvanlanan suallarla bağlı deyib.

Onun sözlərinə əsasən, tərəflərin mövqelərini başa düşmək üçün 10 noyabr 2020-ci ildən “relyef”də baş verən dəyişikliklərə bir daha nəzər yetirmək lazımdır.

“Sülhməramlıların müvəqqəti məsuliyyət zonası və Laçın dəhlizi hələ də xüsusi rejimə malikdir ki, bu da bizim mövqeyimizə görə Azərbaycan Respublikasının siyasi-hüquqi məkanına reinteqrasiya edilməlidir. Ermənistan hesab edir ki, demarkasiya və delimitasiya komissiyalarının işi zamanı anklav və eksklavlarla bağlı problemlər həll oluna bilər. “Dağlıq Qarabağ” məsələsi həllini tapmayıb və o, mübahisəli ərazi olaraq qalır, statusu isə hələ müəyyənləşmir. Yəni de-fakto Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir və yalnız bu şərtlərlə onun ərazi bütövlüyünün tanınmasına nail olmaq niyyətindədir. O zaman belə məntiqi sual yaranır ki, müharibədə qalib olan Azərbaycan niyə sərhədlərin delimitasiyası və demarkasiyasına getməlidir? Nə üçün biz əslində ərazimizin bir hissəsinin mübahisəliliyini tanımalı və bolşeviklərin yüz il əvvəl Ermənistana verdiyi Zəngəzur, Göyçə və digər ərazilərə münasibətdə tarixi ədaləti bərpa etmək hüququndan imtina etməliyik?”, - politoloq bildirib.

Mənbə: axar.az