"Hadisələrin istənilən inkişafına hazır olmalıyıq" - Lukaşenko

"Hadisələrin istənilən inkişafına hazır olmalıyıq" -  Lukaşenko

“Guya müharibənin qaçılmaz olması ilə bağlı şayiələr fonunda vəziyyətin bu cür olmasını istəmirik, lakin hadisələrin istənilən inkişafına hazır olmaq lazımdır”. AzVision.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Məni təkcə bir prezident kimi deyil, həm də silahlı qüvvələrə rəhbərlik edən şəxs kimi başa düşmənizi istəyirəm. Nə mən, nə generallarımız, hərbi rəhbərlərimizdən heç biri müharibənin tərəfdarı deyil", - Belarus lideri söyləyib.

O deyib ki, son vaxtlar guya müharibənin qaçılmaz olması barədə çox danışılır və bu, narahatlıq doğurmaya bilməz. Böyük Vətən Müharibəsindən əvvəlki hadisələri misal çəkən Lukaşenko əlavə edib ki, bu səhvləri təkrarlamamalıyıq: "Bununla belə, hadisələrin istənilən inkişafına hazır olmalıyıq. Başa düşün, məsələ bizimlə bağlı deyil, Elə o vaxt olduğu kimi, 1812-ci il Vətən müharibəsində də, Birinci Dünya Müharibəsində, Böyük Vətən Müharibəsində, kobud desək, biz heç kimə lazım deyilik, siz bilirsiniz ki, onlara nə lazımdır”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarusun nə qədər qətiyyətli hərəkətə hazır olmasının nümunəsi 2020-ci ildə seçki kampaniyası zamanı və ondan sonra nümayiş etdirilib: "Mən ordunun yarısını toplayıb Belarusun qərbinə göndərməli oldum".

Pərvanə Sultanova
 

Mənbə: azvision.az