Nikol erməni hərbçiləri Donbasa göndərə bilər - Mnatsakanyan

Hazırda bütün dünya qərbyönümlü mövqeyi ilə çıxış edən Ermənistanın təhqir edilməsinə baxmayaraq, Rusiyanın tapşırıqlarını yerinə yetirdiyini görür. Bunu erməni hərbçiləri KTMT tərkibində Qazaxıstana göndəriləndə açıq şəkildə gördük. İndi də Rusiya-Ukrayna qarşıdurmasında da eyni ssenarinin olacağına dair real perspektiv var.

Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Romella Mnatsakanyan deyib.

Onun sözlərinə görə, Paşinyan erməni hərbçilərinin Donbasa göndərilməsinə də tam razı ola bilər:

"Bundan tam olaraq əmin deyiləm. Ola bilsin ki, Qərb ölkələri və analitiklərin proqnozlaşdırdığı müharibə, ümumiyyətlə baş verməsin. Lakin reallıq aydındır: Ermənistan Qərbdən uzaqlaşır. Yəqin ki, Putin Paşinyana zəmanət verib. Bu zəmanətlər heç bir yerdə qeyd edilməyib, yalnız Nikolun hakimiyyətinin nəyin bahasına olursa-olsun qoruyub saxlanmasına dair narahatlıqlarını aradan qaldırır".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

SSKA Medinanı milliyə buraxmadı – FİFA-ya şikayət olundu

SONRAKI XƏBƏR

Sarkisyanın istefasının arxasında Paşinyan dura bilər