ABŞ səfirliyi amerikalıları “dərhal Ukraynanı tərk etməyə” çağırıb

ABŞ səfirliyi amerikalıları “dərhal Ukraynanı tərk etməyə” çağırıb

ABŞ-ın Kiyevdəki səfirliyi Amerika vətəndaşlarını çətin təhlükəsizlik vəziyyəti ilə əlaqədar dərhal Ukraynanı tərk etməyi düşünməyə çağırıb.

"Rusiya tərəfindən artan hərbi əməliyyat riskini nəzərə alsaq, Ukraynada təhlükəsizlik vəziyyəti gözlənilməz olaraq qalır və onun qəfil daha da pisləşməsi riski var. ABŞ səfirliyi Ukraynadakı ABŞ vətəndaşlarını kommersiya avtomobillərindən istifadə etməklə və ya onların ixtiyarında olan digər mövcud olan vasitələrlə Ukraynanı dərhal tərk etməyi düşünməyə çağırır”, - “İnterfaks” bəyanatdan sitat gətirib.

Mənbə: virtualaz.org