Paşinyana sui-qəsdə ittiham edilən Minasyan azadlıqda

Paşinyana sui-qəsdə ittiham edilən Minasyan azadlıqda

Ermənisanda “Sisakan" adlı silahlı dəstənin komandiri olmuş Aşot Minasyan zaminə buraxılıb. AzVision.az xəbər verir ki, bu barədə qərar Qoris şəhər məhkəməsində qəbul edilib.

O, 2 milyon dram girov müqabilində və ölkəni tərk etməmək barədə yazılı öhdəliklə azad edilib.

Xatırladaq ki, Aşot Minasyan 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Daha sonra istintaq onun üzərindən külli miqdarda silah- sursat tapıldığını açıqlayıb.

Qeydə alınmış telefon danışıqları da dərc edilib və bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.

Onunla birlikdə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, sabiq deputat Vahram Bağdasaryan və “Daşnaksütyun”un üzvü Aşot Avaqyan da saxlanılıb. Lakin onların hamısı qısa müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Minasyan Qarabağ müharibəsində dəstəsi ilə döyüşüb.

Mənbə: azvision.az