Əfqanıstanı iqtisadi fəlakət gözləyir - Yevstiqneva

Əfqanıstanı iqtisadi fəlakət gözləyir - Yevstiqneva

Əfqanıstanı iqtisadi fəlakət gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Anna Yevstiqneva deyib.

O, növbəti dəfə ABŞ-a çağırış edərək Əfqanıstanın aktivlərini bərpa etməyə, bunun sövdələşmənin predmeti olmadığını qeyd edib.

Onun sözlərinə görə, Əfqanıstanın yeni hakimiyyəti ilə ultimatum dilində dialoq aparmaq effekt verməyəcək.

 

Mənbə: axar.az