Kliçko Almaniyanı tənqid etdi: "Növbəti dəfə yastıq göndərəcəklər?"

Kliçko Almaniyanı tənqid etdi: "Növbəti dəfə yastıq göndərəcəklər?"

Almaniya Ukraynaya 5 min dəbilqə göndərəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext jurnalistlərə açıqlamasında deyib.
Lambrext bunun “Biz sizin tərəfinizdəyik” deməyin bir əlaməti olduğunu vurğulayıb.
Lambrext açıqlamasında həftə sonu Ukraynaya səhra xəstəxanası verəcəklərini və hələlik silah göndərməyəcəklərini bildirib.
Kiyev meri Vitali Kliçko Almaniyanın 5000 dəbilqə göndərməsini “zarafat” kimi qiymətləndirdiyini bildirib:
“Almanların bu davranışına deməyə söz tapa bilmirəm. Görünür, müdafiə naziri hələ bizim hər an Ukraynanı işğal etməyə hazırlaşan yaxşı təchiz edilmiş Rusiya qüvvələri ilə qarşılaşdığımızın fərqində deyil. Almaniya növbəti dəfə nə cür dəstək verəcək, yastıqmı göndərəcək?”

Mənbə: www.yeniavaz.com