Nazarbayevin Təhlükəsizlik Şurasında ömürlük sədrliyinin ləğvi təsdiqləndi

Nazarbayevin Təhlükəsizlik Şurasında ömürlük sədrliyinin ləğvi təsdiqləndi

Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları sabiq prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyası və ölkənin Təhlükəsizlik Şurasında ömürlük sədrliyinin ləğvi ilə bağlı düzəlişləri təsdiqləyib. Bu barədə RİA Novosti xəbər verir.

Senatın deputatları həmçinin xarici və daxili siyasətin əsas istiqamətləri üzrə respublikanın eks-prezidenti ilə razılaşmaq zərurətinin ləğv edilməsini təklif ediblər.

Ötən həftə parlamentin Məclisi Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyinin ləğvini təsdiqləyib.

Xatırladaq ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik etdiyini açıqlayıb.

 

Mənbə: virtualaz.org