Ukraynanın keçmiş baş naziri Rusiyanı ölkəsini işğal etməyə çağırdı

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Rusiya ordusunu Kiyevə hücum etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nikolay Azarov Solovyovun “YouTube” kanalında qonaq olarkən deyib. O, rus qoşunlarını Ukraynaya hücum etməyə çağırıb.

Azarov bildirib ki, Ukrayna vətəndaşlarının əhəmiyyətli bir hissəsi guya Rusiya ordusunun hücumunu gözləyir.

“İndi əhval-ruhiyyə belədir: əhalinin əhəmiyyətli hissəsi Putinin hücumunu gözləyir. Bu, əhalinin əhəmiyyətli hissəsidir. Təbii ki, bu barədə ictimaiyyətə demirlər, amma belə bir əhval-ruhiyyə var”, – deyə o bildirib.

Azarovun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu halında indiki Ukrayna siyasi elitası guya panikaya düşəcək və onlar “xaricdəki qohumlarını və aktivlərini çıxaracaqlar”.

Qeyd edək ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov son illər Rusiyada gizlənir.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

İranda yüzlərlə fəhlə etiraza qalxdı

SONRAKI XƏBƏR

Həmyerlimiz ABŞ-da "Prezident Co Bayden" fərqlənmə diplomunu qazanıb