İsrailli səfir Azərbaycana təşəkkür edib

İsrailli səfir Azərbaycana təşəkkür edib

Ötən həftə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Holokostun inkarını pisləyən və rədd edən qətnamə qəbul edib. AzVision.az -ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib. Onun sözlərinə görə, Azərbaycan bu qətnamənin ko-sponsorlarından (həmmüəllif) biridir: “Buna görə Azərbaycana təşəkkür edirik”, - səfir vurğulayıb.

O diqqətə çatdırıb ki, 114 ölkə bu qətnaməni təsdiqləyib, yalnız İran bu qətnaməni təsdiqləməyib.


Mənbə: azvision.az