Əliyev sözü boşuna demir: İrəvan başa düşməsə...

Qəribədir ki, Nikol Paşinyan Qarabağ ətrafında baş verən bütün hadisələrdən, uduzduğu müharibədən sonra da Azərbaycan Prezidentinin sözlərini boşuna demədiyini başa düşməyib. Bu mənada İlham Əliyev, ümumiyyətlə, bir çox həmkarlarından kəskin şəkildə fərqlənir. Rəsmi Bakı sakit, diplomatik, lakin kəskin şəkildə Paşinyana bu və ya digər məsələni – indiki halda delimitasiya və demarkasiya problemini həll etmək lazım olduğunu xəbərdarlıq edirsə, günlərin bir günündə xatırlatmalar olmayacaq.

Bu barədə Axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

“Bakı “min birinci” xəbərdarlıq rejimində işləmir. Buradan həm Paşinyan, həm də bütövlükdə Cənubi Qafqazla maraqlanan hər kəs sadə nəticə çıxara bilər: artıq Bakının demarkasiya planı var. Əgər sərhədin müəyyənləşməsi tələbini Ermənistan tərəfindən bəyənilməzsə, onda heç nə edə bilmərik. Ona xəbərdarlıq edirdilər, amma bu imkan əldən verilib. Burada taxta sərhəd dirəkləri deyil, Azərbaycan rəhbərinin imici əhəmiyyət kəsb edir”, - o bildirib.

Rusiyalı ekspertin fikrincə, Azərbaycan politoloqları faktiki olaraq Ermənistana birbaşa Bakının məsələni birdəfəlik həll etmək planları barədə xəbərdarlıq edirlər:

“Bu, bir növ güzəştdir, çünki belə ciddi işlərdə, adətən, heç kim öz planları barədə heç kimə xəbərdarlıq etmir. Bu, müəyyən mənada “qonşu hədiyyəsidir”.

Azərbaycan politoloqları Cənubi Qafqazın xəritəsini və Azərbaycanın xəritələrini geniş auditoriyaya açıq şəkildə nümayiş etdirirlər. Orada çox vaxt İrəvan da daxil olmaqla, əsas erməni məntəqələri Azərbaycan toponimləri ilə işarələnir. Bu, eyni səbəbdən baş verir: sərhədlər qəti şəkildə və rəsmi olaraq müəyyənləşdirilməyib, buna görə də qalib gələn tərəf müzakirə və sonrakı reallaşma prosesi üçün öz variantlarını təklif edə bilər.

Ermənistanda, əlbəttə ki, baş verənləri dərk edirlər. Görünür, bu səbəbdən Armen Sərkisyan da öz vəzifəsini tərk edərək, Azərbaycanın yenidən Paşinyanın çiyninə qoymağa hazır olduğu tarixi yükü öz üzərinə götürmək istəmədi. Düşünürəm ki, Sərkisyan postsovet məkanında vəziyyətin geosiyasi amil üzündən sürətlə gərginləşdiyini və Azərbaycanın yenə də bu vəziyyəti nəzərə alıb, onu öz xeyrinə işlədəcəyini başa düşürdü”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: “Pensiyanı ənənəvi qaydada versə idik, məbləğ indikindən iki dəfə aşağı olacaqdı”

SONRAKI XƏBƏR

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirildi - FOTO