BMT nümayəndəsi: “Azərbaycanda Holokost qurbanlarının xatirəsi yad edilir”

BMT nümayəndəsi: “Azərbaycanda Holokost qurbanlarının xatirəsi yad edilir”

"XX əsrdə baş verən hadisələrdən sonra dünyada nifrətə yer olmamalıdır, lakin təəssüf ki, hələ də antisemitizm və ksenofobiya müşahidə edirik".

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində Holokost Qurbanlarının Anım Günü və antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə ilə əlaqədar keçirilən tədbirdə bildirib.

O deyib ki, hadisələrin təkrarlanmaması üçün Holokost qurbanlarını və həmin vaxt baş vermiş dəhşətli hadisələri xatırlamağa borcluyuq.

V.Andreyeva Azərbaycanda Holokost qurbanlarının xatirəsinin yad edilməsini, həmçinin ölkənin bu cür əməllərə və antisemitizmə qarşı mübarizə istiqamətində səylərini xüsusilə vurğulayıb.

Mənbə: report.az