Ermənistan ordusunun yüksək rütbəli zabitləri koronavirusa təslim olub

Ermənistan Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan və ölkənin silahlı qüvvələrinin digər yüksək rütbəli nümayəndələri koronavirusa yoluxublar. Bu barədə Ermənistan telekanalları mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar yanvarın 28-nə nəzərdə tutulan Silahlı Qüvvələr gününə həsr olunmuş rəsmi qəbulun təxirə salınması qərara alınıb.

“Dvin” mehmanxana kompleksinin böyük zalında silahlı qüvvələrin yaradılmasının 30 illiyinə həsr olunmuş və yanvarın 28-də keçirilməsi nəzərdə tutulan qəbulun vaxtı dəyişdirilib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi, eləcə də ordunun digər yüksək rütbəli zabitləri də koronavirusa yoluxublar”, - telekanallar qeyd edir.

virtualaz.org

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Nazir müavini: "Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır"

SONRAKI XƏBƏR

"Neftçi"dən ayrılan yarımmüdafiəçi Portuqaliya klubunda