NATO Rusiyanın iki tələbini rədd etdi: hazırlıq başladı

ABŞ və NATO Kremlə onun aylardır tələb etdiyi yazılı cavabı göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, cavabın mahiyyəti budur:

1)ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var, Şimali Atlantika Blokunun qapıları açıqdır;

2) ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək;

3) ABŞ və NATO Rusiya ilə silahlara nəzarət, şəffaflıq və risklərin azalması mövzularını müzakirə etməyə hazırdır.

“Beləliklə, ABŞ və NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib. Aydındır ki, bu cavab Kremli qane etməyəcək. “Silahlara nəzarət, şəffaflıq və risklərin azaldılması” amorf mövzulardır və Kremli maraqlandırmır. Çünki Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, Vaşinqton verdiyi vədi yerinə yetirmir. Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib. İndi tam tərsidir, Vaşinqton və Brüssel tələblərə yazılı cavab göndərməklə topu Kremlə atıb. Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. Orta yol yoxdur. Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, hansı alternativlər reallaşdırılmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir”, - politoloq bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda məşhur oteldə İNTİHARA CƏHD: qollarını doğradı

SONRAKI XƏBƏR

Azərbaycanlı aparıcı üzünü "dəyişdi" - Əməliyyat görüntüləri yayıldı - FOTO