Kuba rus hərbi bazasına razı olmayacaq - Xeyfets

Kuba rus hərbi bazasına razı olmayacaq - Xeyfets

Kuba hakimiyyəti çətin ki, adada Rusiya hərbi bazasının yerləşdirilməsi və ya Lurdesdə rus radiolokasiya stansiyasının bərpası ilə razılaşsın.

Axar.az xəbər verir ki, bunu bunu rusiyalı ekspert Viktor Xeyfets deyib.

“Birincisi, Kuba hökuməti öz suverenliyini qiymətləndirir, ikincisi, Havana 1962-ci il “Karib böhranı” və 2000-ci illərin əvvəllərində kubalıların rəyi nəzərə alınmadan Lurdesdəki stansiyanın ləğv edilməsinə görə Moskvadan inciyib”, - Xeyfets bildirib.

Onun sözlərinə görə, ABŞ da bu məsələdə Kubaya ciddi təsir göstərəcək:

“Kuba hakimiyyəti yaxşı bilir ki, adada Rusiya hərbi bazasının və ya radar stansiyasının görünməsi ABŞ üçün “qırmızı xətt” olacaq. Bu, Amerika ilə münasibətlərin kəskin, bəlkə də geri dönməz şəkildə pisləşməsinə gətirib çıxaracaq”.

Mənbə: axar.az