“Ermənistan və Azərbaycan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var“ - Qriqoryan

Ermənistan və Azərbaycan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var.

Yenisabah.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan istinadla yazıb.

M. Qriqoryan regional nəqliyyat dəhlizlərinin açılması ilə bağlı yerli jurnalistlərin sualını cavablandırarkən deyib ki, hazırda üçtərəfli İşçi Qrup konkret məqsədlərlə bağlı fəaliyyət göstərir və bu, dəmir yolu xəttinin Ermənistandan keçən seksiyasının inşasıdır.

M. Qriqoryan qeyd edib ki, dəmir yolu ilə bağlı müsbət məqamlar var və hazırda bu sahədə ekspert işləri aparılır.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Kuba rus hərbi bazasına razı olmayacaq - Xeyfets

SONRAKI XƏBƏR

Ağdama getmək istəyənlərin nəzərinə! - CƏDVƏL