Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə qərargahının idarələrarası mərkəzinin katibliyinin rəhbəri Nüsrət Süleymanov Ağdamda ANAMA-nın düşərgəsinin açılışı zamanı jurnalistlərə deyib.

O qeyd edib ki, azad edilən ərazilərdə 15 irimiqyaslı yol infrastruktur layihəsi sürətlə həyata keçirilməkdədir.

“Bildiyiniz kimi, artıq Zəfər yolu hazırdır. Digər istiqamətlərdə də fəaliyyətlər davam edir. Dəmir yollarının çəkilməsi, Zəngəzur dəhlizinin yaradılması, hava limanlarının fəaliyyəti ilə əlaqədar işlər həyata keçirilməkdədir. Füzuli hava limanı artıq istismara verilib, eyni zamanda Zəngilan və Laçında hava limanlarının tikintisi istiqamətində işlər görülür.

Digər istiqamətlərdə də işlər intensiv şəkildə aparılır”, - deyə N.Süleymanov əlavə edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər Moskvada təxribata hazırlaşır: Sovet Ordusu küçəsində faşistin filmi nümayiş olunacaq

SONRAKI XƏBƏR

MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsinə önəm verir