Əsədlə münasibətlər normallaşmayacaq - ABŞ

Əsədlə münasibətlər normallaşmayacaq - ABŞ

Biz Əsəd rejimi ilə münasibətlərin normallaşmasının tərəfdarı deyilik. Heç vaxt normallaşma olmayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk deyib.

"ABŞ-ın müttəfiqləri Suriya məsələsində maraqlarını qorumağa çalışırlar. İordaniya Suriya ilə sərhəd təhlükəsizliyini müzakirə etmək istəsə, açığı, biz yox deməyəcəyik. Bu, Əsəd rejimi ilə normallaşmaqdan çox fərqlidir. Düşünürəm ki, biz bu söhbətləri apararkən bu fərqi etməliyik”, - deyə o bildirib.

 

Mənbə: axar.az