Paşinyan ordu günündə harada gizlənib? - “Ermənilər riskli zonalara qadınları yollayırlar”

“Paşinyan Ermənistan ordusunun qarşısına çıxmamaq üçün koronavirus adı ilə aradan çıxıb. Guya COVİD-ə tutulub”, - sözləri ilə açıqlamasına başlayan hərbi ekspert Üzeyir Cəfərov Ermənistan ordusu ilə bağlı başqa maraqlı faktlara da toxunub.

Bizim.Media olaraq əvvəlcə xəbər verək ki, yanvarın 28-i Ermənistanda “Ordu Günü”dür.


Amma elə Üzeyir Cəfərovun sözləri ilə desək, Ermənistan ordusu adlı qurum özünə gələ bilməyib.

Hərbi ekspert 44 günlük savaşda Azərbaycanın işğalçılara endirdiyi saarsıdıcı zərbəni xatırladaraq Ermənistan silahlı qüvvələrinin hələ də nokaut vəziyyətində olduğunu bildirib. Fakt kimi isə, II Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun aktiv fəaliyyət boşluğu, genişmiqyaslı təlimlər keçirməməsini göstərmək olar.

Ermənistan ordusu çoxsaylı istefa və qalmaqallarla yadda qalıb:

“Bir də Qazaxıstandakı son olaylarda “biz də varıq” prinsipi ilə hərbçilər (sülhməramlı) yolladılar. Hərbçilər arasında hətta qadınlar da var idi. Adətən riskli zonalara kişilər gedir, amma ermənilər nədənsə qadınlarını göndərir belə yerlərə”.

Üzeyir Cəfərov əlavə edib ki, Ermənistan ordusunun normal vəziyyətə gəlməsi üçün minimum 3-5 il intensiv silahlanmalı, şəxsi heyətə təlimlər keçirilməlidir. Hazırda isə yalandan özlərini sakitləşdirirlər ki, guya bunların ordusu var. Ermənistan ordusunu bu qısa müddətdə dirçəltmək üçün hərb elmi də acizdir. Çünki ermənilərin özlərinin saydıqları məhv olan texnika və itirdiyi şəxsi heyət xırda rəqəmlər deyil.

Yəni ermənilərin həyata keçirdiyi hərbi təlimlər “qonşudan qalma dala” mahiyyəti kəsb edir. Hərbi ekspert son beynəlxalq hərbi reytinqləri də açıqlayıb:

“Ermənilər Azərbaycan və Gürcüstan ordusu ilə heç cür müqayisə olunmaz. Çünki Gürcüstan qardaş Türkiyənin rəhbərliyi altında ordusunu NATO standartları ilə hazırlayır.


Azərbaycan ordusu da döyüşlərdən qalib çıxmış, təlimlər keçmiş və bu müddət ərzində müəyyən silah-sursat almış ordudur. Beynəlxalq reytinqdə Ermənistan ordusu bərbad vəziyyətdədir və Azərbaycandan 34 pillə geri qalır”.

Xatırladaq ki, sözügedən reytinqdə Cənubi Qafqaz ölkələri arasında lider Azərbaycandır. Ermənistan isə Gürcüstana da 9 pillə uduzur.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Türkiyə kəşfiyyatı PKK-nın daha bir rəhbər şəxsini məhv edib

SONRAKI XƏBƏR

"Marsel"in futbolçusu: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"