Tokayev Qazaxıstanın hakim partiyasının yeni sədri seçilib

Tokayev Qazaxıstanın hakim partiyasının yeni sədri seçilib

Yanvarın 28-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində hakim "Nur Otan" Partiyasının 21-ci (növbədənkənar) qurultayı keçirilib.

“Report” "Zakon.kz"a istinadən xəbər verir ki, onlayın formada baş tutan tədbirə ölkənin bütün bölgələrindən 389 nümayəndə qatılıb.

Qurultayda təşkilati məsələlərə baxılıb. Ölkə Prezidenti Kasım-Jomart Tokayev hakim partiyanın yeni sədri seçilib.

Mənbə: report.az