YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə məsələ partiyanın proqramında əksini tapıb.

Qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

- Layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması;

- Bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi;

- Bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi;

- Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması;

- Regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;

- “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Biz Ukraynamızı qaytaracağıq” – Lukaşenkodan SƏRT bəyanat - VİDEO

SONRAKI XƏBƏR

Qaziyə əlillik verilmir? - AÇIQLAMA