Aİ-dən Ermənistan-Türkiyə danışıqlarına münasibət: “Biz bütün mümkün təmasları dəstəkləyirik”

Aİ-dən Ermənistan-Türkiyə danışıqlarına münasibət: “Biz bütün mümkün təmasları dəstəkləyirik”

Paralel.az xəbər verir ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistan-Türkiyə danışıqları ilə bağlı açıqlama verib: “Avropa İttifaqı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına və kommunikasiyaların açılmasına tam dəstək verir. Bu da regionda davamlı sülhün bərqərar olması üçün mühüm məqsəddir.
Biz həmçinin Yerevan və İstanbul arasında gözlənilən reyslərin bərpasını, eləcə də Ermənistan və Türkiyə rəsmiləri arasında həm “3+3” formatı çərçivəsində yüksək səviyyəli təmasları, həm də Diplomatik Forumda mümkün olan digər təmasları dəstəkləyirik.
Ümid edirik ki, yaxın gələcəkdə bu istiqamətdə əlavə konkret addımlar atılacaq. Bu, çoxdan gözlənilən diplomatik münasibətlərin qurulmasına və Ermənistan-Türkiyə sərhədinin açılmasına gətirib çıxaracaq”.
Nigar

Mənbə: paralel.az