Lavrov Rusiyanın xarici ölkələrdə qoşun yerləşdirməsindən danışdı

Lavrov Rusiyanın xarici ölkələrdə qoşun yerləşdirməsindən danışdı

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Silahlı Qüvvələrinin xarici ölkələrin ərazisində yerləşməsinə aydınlıq gətirib

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, S. Lavrov yerli radiostansiyalara müsahibəsində bu barədə fikir bildirib.

Kreml rəsmisi qeyd edib ki, Rusiya həmin ölkələrin dəvəti olmadan ora silahlı qüvvələr göndərmir:

“Qəbul edən ölkənin dəvəti olmadan Rusiya heç yerdə qoşun yerləşdirmir”.

Bizim.Media

Mənbə: bizim.media