Toivo Klaar: “Aİ Bakı və İrəvan arasındakı problemlərin həllində əhəmiyyətli iştirakını davam etdirəcək”

Toivo Klaar: “Aİ Bakı və İrəvan arasındakı problemlərin həllində əhəmiyyətli iştirakını davam etdirəcək”

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında kommunikasiya infrastrukturunun bərpasının vacib hesab edir və bunu dəstəkləyir.

“Paralel.az ” xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “News.am” açıqlamasında bölgəyə səfərinin yekunlarını detallarını açıqlayarkən deyib.

“Səfərdə məqsəd bir sıra sahələrdə iştirakımızı dərinləşdirmək və iki ölkə arasındakı gərginliyin aradan aradan qaldırılması, növbəti sərhəd toqquşmalarının qarşısının alınması variantları, demarkasiya, humanitar, məsələlərə minalardan təmizləmə və sair məsələlərdə Aİ-nin gələcək iştirakının mümkünlüyünü aydınlaşdırmaq idi”, - avropalı diplomat qeyd edib.

O əlavə edib ki, səfər zamanı prezident Mişelin minaların təmizlənməsində əlavə yardımı, o cümlədən ekspert məsləhəti vasitəsilə, habelə sərhəddəki gərginliyin həllində, delimitasiya, demarkasiya məsələlərində Aİ-nin siyasi və praktiki yardımını nəzərdə tutan təkliflərini liderlərlə müzakirə etməyi davam etdirdik. Bütün bu məsələlərlə bağlı Bakıda və İrəvanda müsbət danışıqlarımız olub. Biz Azərbaycan və Ermənistandakı tərəfdaşlarımızla bu sahələrdə əhəmiyyətli iştirakımızı davam etdirəcəyik”, - deyə Klaar bildirib.

Mürtəza
Paralel.az

Mənbə: paralel.az