AŞPA həmməruzəçisi avroparlamentariləri Azərbaycana səfər etməyə çağırıb

“Azərbaycanı anlamaq üçün bu ölkəyə səfər etmək lazımdır”.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş müzakirələr zamanı bildirib.

“Ölkələrdə gedən prosesləri dərindən anlaya bilmək üçün vaxt tələb olunur. Bunun üçün gedib reallıqları yerində görmək lazımdır. Mən Azərbaycan üzrə uzun illərdir ki, AŞPA-nın həmməruzəçisiyəm. Azərbaycana dəfələrlə səfərlər etmişəm. Bu ölkəni anlamaq üçün ora səfər etmək lazımdır. Ölkələrdə gedən proseslərin yaxşılaşması, müsbət dəyişikliklərin baş verməsinə kömək etmək üçün səfərlərin sayını artırmaq lazımdır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edilib

SONRAKI XƏBƏR

Gürcüstan və Türkiyə rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər