ABŞ-a bunu təklif etdik, görək nə olur - Lavrov

ABŞ-a bunu təklif etdik, görək nə olur - Lavrov

Rusiya ABŞ-a diplomatik personalın sayı ilə bağlı bütün mübahisələri sıfırlamağı təklif edib və yaxın bir neçə həftə ərzində bu məsələ ilə bağlı görüş keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Cenevrədə bu barədə ABŞ dövlət katibi Entoni Blinkenlə danışdıq ki, bu vəziyyəti bir şəkildə normallaşdırmalıyıq. Biz təklif edirik ki, Nobel mükafatı laureatı Barak Obamanın (ABŞ-ın keçmiş prezidenti) çirkin və xırda addımlarndan başlayan və ondan sonrakı hər şeyi sıfırlayaq”, - Lavrov bildirib.

 

Mənbə: axar.az