Maskdan Baydenə sərt sözlər: “İnsan formasında kukla”

Maskdan Baydenə sərt sözlər: “İnsan formasında kukla”

Paralel.az xəbər verir ki, Teslanın baş direktoru İlon Mask ABŞ prezidenti Co Baydenin elektriklə işləyən avtomobillər haqqında Teslanı deyil, General Motors və Ford şirkətlərini tərifləməsinə kəskin reaksiya verib: “Çərşənbə günü axşam ABŞ prezidenti Co Baydenin rəsmi Twitter hesabında yayımlanan videoda prezident GM-in elektrik avtomobil istehsalına sərmayə qoymasını iqlim dəyişikliyinə töhfə kimi qiymətləndirib. Bayden həmçinin, “Gələcəyin məhz burada, Amerikada qurulacağını deyəndə ciddi idim. GM və Ford kimi şirkətlər hər zamankindən daha çox elektrik avtomobili istehsal edir” deyib.
Mesaja cavab verən Teslanın baş direktoru İlon Mask ABŞ-da elektrikli avtomobil istehsalının Tesla tərəfindən edildiyini söyləyərək “Bayden insan şəklində nəm bir kukladır” deyib”.
Nigar

Mənbə: paralel.az