Zelenski Baydendən narazıdır - QALMAQAL

Zelenski Baydendən narazıdır - QALMAQAL

Zelenski Qərbin onları aldatdığını düşünür.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə danışığın nəticələrindən razı qalmayıb.

Digər tərəfdən, Ukrayna administrasiyasının Baydenin Zelenski ilə görüşünün "yaxşı keçmədiyi"ndən şikayətləndiyi iddia edilirdi.

“Paralel.az ” CNN-ə istinadən xəbər verir ki, yüksək rütbəli ukraynalı məmurun sözlərinə görə, tərəflər Rusiyanın mümkün hücumunun risk səviyyəsi ilə bağlı razılığa gələ bilmədikləri üçün görüş yaxşı keçməyib.

Ukrayna rəsmisi deyib ki, Baydenin Rusiyanın hücumunun qaçılmaz olduğu xəbərdarlığına Zelenski cavab olaraq bunları deyib: “Rusiyadan gələn təhlükə təhlükəlidir, lakin qeyri-müəyyəndir”.

Kiyev Qərbi onlara lazımi dəstək verməməkdə, aldatmaqda və öz maraqları naminə qurban verməkdə ittiham edir.

Ağ Evdən verilən açıqlamada Baydenin görüş zamanı Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə qəti şəkildə cavab verməyə hazır olduğunu çatdırdığı bildirilib.

Mürtəza
Paralel.az

Mənbə: paralel.az