İran-Rusiya gizli anlaşması ifşa edildi

İran-Rusiya gizli anlaşması ifşa edildi

Paralel.az xəbər verir ki, İran və Rusiya arasındakı 20 illik anlaşmanın detalları ifşa olunub. Beləki, anlaşmaya əsasən "Suxoy" və "S-400" qarşılığında mühüm neft-qaz razılaşmaları imzalanıbmış.

Bir müddət öncə Xəzər dənizində İran tərəfindən qaz yatağının işlənilməsini Rusiyaya verdildiyini bildirən "Oil Price" xəbər saytı bu dəfə İran və Rusiya arasındakı 20 illik müqavilənin detalları haqqında məlumat yayıb.

Məlumatda bildirilib ki, müqavilədə İran tərəfi Rusiyadan "Suxoy" qırıcıları və "S-400" hava hücumundan müdafiə sistemlərinin alınması müqabilində ona bir sıra imtiyazlar verib.

Qeyd edək ki, "Oil Price" saytı daha öncə "İranla Rusiya arasındakı 20 illik müqavilə" haqda məlumatlı bir mənbəyə istinadən xəbər verib ki, İranın "Çalus" qaz yatağında Rusiya və Çin şirkətlərinə böyük pay verilib. Hətta, Rusiyanın yüksək vəzifəli rəsmisi də sözügedən sayta açıqlamasında ölkəsinin "Çalus" qaz yatağının kəşfiyyat işlərində ən böyük payı əldə edə bildiyini qeyd edib.
Akif Nəsirli

Mənbə: paralel.az