Putin ABŞ-a cavab üçün vaxt və forma axtarır

Putin ABŞ-a cavab üçün vaxt və forma axtarır

Prezident Vladimir Putin ABŞ-ın cavabına öz mövqeyini bildirmək üçün vaxt və forma tapacaq.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Mən bunun baş verəcəyinə şübhə etmirəm: Prezident bu məsələyə öz mövqeyini bildirmək üçün vaxt və forma tapacaq. Hələlik isə qərar verilməyib. Qərar qəbul edilən kimi hər kəsi məlumatlandıracağıq”, - Peskov bildirib.

Qeyd edək ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı tələblərinə yazılı cavab versə də, detallar və Rusiyanın qərarı hələ açıqlanmayıb.

 

Mənbə: axar.az