Nazarbayevin qızı hakim partiyanın siyasi şurasının üzvlüyündən çıxıb

Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva Qazaxıstanın hakim "Nur Otan" Partiyasının siyasi şurasının üzvləri arasında yer almayıb.

“Report” xəbər verir ki, bu barədə partiyanın saytında məlumat yerləşdirilib.

Məlumata görə, Qazaxıstanın keçmiş Baş naziri Əskər Mamin də adı siyasi şuranın üzvləri arasında öz əksini tapmayıb.

Qeyd edək ki, yanvarın 28-də "Nur Otan" Partiyasının növbədənkənar XXI qurultayı keçirilib. Ölkə Prezidenti Kasım-Jomar Tokayev partiyanın sədri seçilib.

Xatırladaq ki, Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva 2019-2020-illərdə Qazaxıstan Senatının sədri olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

AMEA-nın Coğrafiya İnstitunda su və sanitar qovşağı yoxdur

SONRAKI XƏBƏR

Azərbaycan Ordusunun tərkibində yeni birləşmə və bölmələr yaradılıb