Milli Məclis sosial şəbəkələrə görə niyə əziyyət çəkir? – Ekspertdən İRAD

Xəbər veridiyi kimi Milli Məclisdə rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır. Belə ki, sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yazanlar cəzalandırılacaqlar.

İKT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında sosial şəbəkələrlə bağlı qanunun hazırlanmasına qarşı çıxıb.


Bu məsələnin o qədər də aktual olmadığını vurğulayan ekspert müxtəlif formada olan sosial şəbəkələrin dəyişdiyini və fərqli hal aldığını əsas gətirib:

“Ora da bir reallıqdır. Normal həyatda baş verən münasibətlər, təhqirlər, ünsiyyətlərlə bağlı məsələlər necə tənzimlənirsə, sosial şəbəkələrdə də eyni şəkildədir. Tutaq ki, küçədə və ya telefonda təhqir olunduq. Bunun real həyatda və ya sosial şəbəkədə baş verməsi arasında heç bir fərq yoxdur. Burada iki insan faktoru var və onların bir-birilə münasibətlərinin nəticəsi insidentdir. Yəni sosial şəbəkələrdəki münasibətlərin tənzimlənməsi üçün əlavə qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur və mənasızdır”.

Elvin Abbasov qeyd edib ki, sosial şəbəkələrin heç biri Azərbaycan qeydiyyatında olmadığı üçün onların iş prinsipinə müdaxilə edə bilmirik:

“Azərbaycan qanunvericiliyində insidentlər və digər cinayətlərlə bağlı hökm necədirsə, məsələ öz vətəndaşlarımız üçün virtual aləmdə baş verən hadisələrə görə də eynilə o cür həllini tapmalıdır.


Bu məsələ bir zamnlar ABŞ-da da gündəmə gəlmişdi. Amma qanuniləşmədi. O ki qaldı bizə, özümüzə aid sosial şəbəkələr olmadığı halda, bu platforma barədə qanun qəbul etməyin heç bir mənası yoxdur. Mövcud qanunvericilikdə motifikasiya ola bilər. Yəni müəyyən dəyişikliklər ola bilər ki, tutaq ki, fırıldaqçılığa qarşı qanunvericilikdə yer alan maddələrdə sosial şəbəkələrdə də ifadəsi əlavə oluna bilər. Amma sırf sosial şəbəkələrə aid yeni qanun toplusunun yaradılması effektli olmayacaq, işləməyəcək”.

Alçina Amilqızı, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır

SONRAKI XƏBƏR

Erməni siyasətçidən etiraf: “Vaxtilə bizim istifadə etmədiyimiz şansımız var idi”