Erməni siyasətçidən etiraf: “Vaxtilə bizim istifadə etmədiyimiz şansımız var idi”

Erməni siyasətçidən etiraf: “Vaxtilə bizim istifadə etmədiyimiz şansımız var idi”

“Sərhəddə gərginlik var, atışma var ona görə ki, vaxtilə bizim istifadə etmədiyimiz şans var idi”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, jurnalistlərə müsahibəsində “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan bildirib.

Marukyan qeyd edib ki, o, təhlükəni Türkiyə ilə münasibətlərin nizamlanmasında deyil, həll olunmamasında görür:

“Bu təhlükə artıq baş verib. Və 2008-ci ildə Serj Sarkisyanın qarşısı alınmasaydı və onun təşəbbüsü baş tutsaydı, müharibə başqa cür olacaqdı. 2008-ci ildə mən də Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı olmuşam. İndi mən çox şadam ki, xüsusi nümayəndələrin görüşündən sonra tərəflər danışıqların ilkin şərt olmadan davam etdiyi barədə bəyanatlar veriblər”.

Marukyan vurğulayıb ki, o, münasibətlərin normallaşması prosesini dəstəkləyir:

“Və sərhəddə gərginlik var, atışma var, çünki keçmişdə bizim istifadə etmədiyimiz şans var idi. İndi bizim yenidən münasibətləri tənzimləmək şansımız var. Münasibətlərin nizama salınmaması gələcəkdə yeni müharibələrin, yeni ölümlərin və yeni faciələrin səbəbi ola bilər”.

Bizim.Media

Mənbə: bizim.media