Gürcüstan və Türkiyə rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Gürcüstan və Türkiyə rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

 

Tbilisi, 28 yanvar, AZƏRTAC

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, görüşdə Türkiyə ilə Gürcüstan arasında iqtisadi-ticari, eləcə də, parlamentlər arasında əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Tərəflər qeyd olunan sahələr üzrə həm ikitərəfli, həm də çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.

Söhbət zamanı regiondakı vəziyyət, Şərqi Avropada təhlükəsizliyə təhdidlər barədə fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az