Baş katib: Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətdən narahatdır

Bakı, 28 yanvar, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev Qızğızıstan-Tacikistan sərhədindəki son vəziyyətlə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada Təşkilatın Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətdən dərin narahatlıq keçirdiyi, silahlı münaqişənin dərhal dayandırılmasına, sülh yolu ilə həllinə və vəziyyətin diplomatik danışıqlar yolu ilə sabitləşdirilməsinə çağırış etdiyi bildirilir.

Qeyd olunur ki, Türk Dövlətləri Təşkilatı mülki şəxslərə qarşı silah istifadəsini pisləyir və tərəfləri sərhəddə gərginliyin daha da artmasının qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırır.

“Biz Qırğız Respublikasının vəziyyətin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəklədiyimizi bildirir, Qırğızıstan ilə Tacikistan arasında qarşılıqlı anlaşma, hörmət, mehriban qonşuluq münasibətləri və birlikdə yaşamaq iradəsinə əsaslanan dialoqu alqışlayırıq.

Ümid edirik ki, danışıqlar nəticəsində hər iki tərəf qarşılıqlı etimadı gücləndirmək və mümkün münaqişələrin qarşısını almaq üçün lazımi addımlar atacaq”, - deyə açıqlamada vurğulanır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Səməd Seyidov AŞPA-nı tənqid edib

SONRAKI XƏBƏR

Azərbaycana hibrid avtomobillərin idxalı kəskin artıb