Lavrov MDB ölkələrindəki ruslara doğulduqları yerdə qalmağı arzulayır

Lavrov MDB ölkələrindəki ruslara doğulduqları yerdə qalmağı arzulayır

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov postsovet ölkələrindən etnik rusların geri qayıtmasından danışıb. Rusiyalı siyasətçi onlara doğulduqları yerdə qalmalarını arzulayıb.

“Bütün vətəndaşlarının doğulduqları və məskunlaşdıqları yerdə qalmaları MDB ölkələrinin maraqlarına cavab verir”, - deyə Lavrov jurnalistlərə açıqlamasında deyib.

Eyni zamanda o, bu ölkələrdə ruslara qarşı ayrı-seçkiliyə yol verilməməli olduğunu vurğulayıb. Lavrovun sözlərinə görə, o, rusların “Qazaxıstanda və bütün digər respublikalarda sakit yaşamasına və çiçəklənməsinə” üstünlük verərdi. Bununla belə, Rusiya geri qayıtmaq istəyənlərin vətəndaşlıq almasını asanlaşdırmaq üçün işlərini davam etdirəcək.

Lavrov həmçinin bildirib ki , digər ölkələrdə rusların hüquqlarını qorumaq üçün “yumşaq güc”dən istifadəni artırmaq lazımdır.

O qeyd edib ki, postsovet ölkələrində öz milli kimliyini tez bir zamanda bərqərar etmək istəyi “artıqlarla” əlaqələndirilir.

Mənbə: Mk.ru

Mənbə: www.oxu.az